Politico: Mişel Belçika Xarici İşlər Nazirliyinə rəhbərlik edə bilər

post-img

Avropa Şurasının prezidenti Şarl Mişel hazırkı vəzifəsində səlahiyyətləri başa çatdıqdan sonra Belçikanın növbəti xarici və Avropa işləri naziri ola bilər. Bu barədə “Politico” məlumat yayıb.

Mənbələrin fikrincə, cənab Mişelin xarici işlər naziri vəzifəsinə təyin olunması onun ölkənin baş naziri və Avropa Şurasının prezidenti kimi təcrübəsini nəzərə alsaq, məntiqlidir. Bundan başqa, cənab Mişelin mənsub olduğu İslahat Hərəkatı partiyası Belçikanın fransızdilli hissəsində keçirilən seçkilərdə güclü nəticələr göstərib. Bunun sayəsində o, Belçika hökumətində bir neçə vəzifəyə, o cümlədən Xarici İşlər və Avropa İşləri Naziri portfelinə müraciət edə bilər. Mənbələrdən birinə görə, Ş.Mişelin Belçika Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilməsi tamamilə mümkündür.

İyunun 10-da RTBF xəbər verib ki, Baş nazir Aleksandr De Kroonun rəhbərlik etdiyi Belçika hökuməti parlament seçkilərində onun Açıq Flaman Liberalları və Demokratlar partiyasına ağır məğlubiyyətdən sonra istefa verir. De Kru qeyri-müəyyən müddətə hökumətin başında qalacaq, çünki hakim koalisiyanın yaradılması prosesi uzun çəkə bilər. O, başa çatana qədər istefaya göndərilən kabinet öz funksiyalarını “cari işlər” rejimində yerinə yetirməyə davam edəcək.

Cənab Mişel 2019-cu il dekabrın 1-dən Avropa Şurasının prezidenti vəzifəsini icra edir. O, hazırda ikinci səlahiyyət müddətinə daxil olur. Ş.Mişel 2014-2019-cu illərdə Belçika hökumətinə rəhbərlik edib, 2011-2019-cu illərdə isə liberal İslahat Hərəkatı partiyasının lideri olub.

S.ELAY

XQ

Dünya