Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün son tarix məlum olub

post-img

Avropa İttifaqı (Aİ) ölkələri təşkilatın iyunun 27-də keçiriləcək sammitinə qədər Rusiyaya qarşı daha bir sanksiyalar paketi üzərində razılığa gəlməyi planlaşdırır. Bu barədə EUobserver yazır.

Mətndən belə məlum olur ki, Aİ liderləri iyulun 1-də Macarıstan Aİ-yə sədrlik edənə qədər məhdudiyyətlərlə bağlı razılığa gəlmək istəyirlər. Yeni sanksiyalar paketinə Rusiyadan qaz nəqlinə məhdudiyyətlər daxil ola bilər. Bundan əlavə, məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısı genişlənəcək.

Aİ ölkələri, həmçinin Rusiya ilə iş aparan Avropa törəmə şirkətlərinin fəaliyyətinə ciddi məhdudiyyətlər qoymağı planlaşdırır. Eyni zamanda, EUobserver yazır ki, bu məqamı müəssisələri Rusiyaya investisiya qoymağa davam edən Almaniya dəstəkləmir.

Fevral ayında Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. Yeni paketə 194 fiziki və hüquqi şəxs daxildir. Siyahıya Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə şirkətləri də daxildir. Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddiası ilə 27 təşkilatı 13-cü sanksiya paketinə daxil edib.

Bundan əvvəl Aİ Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı sanksiyaların müddətini uzadıb.

S.ELAY

XQ

Dünya