Avropa Parlamentinə seçkilər Almaniya iqtidarı üçün uğursuz olub

post-img

Avropa Parlamentinə (AP) seçkilərin nəticələri Almaniyada hakim “Svetofor” koalisiyasının üzünə sərt sillə oldu. Bunu bazar ertəsi, iyunun 10-da Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri və Almaniya Sosial Demokrat Partiyasının (SPD) keçmiş sədri Ziqmar Qabriel deyib. Məlumatı “İzvestiya.ru” verib.

Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinə görə, Xristian Demokratik və Xristian Sosialist ittifaqları bloku (CDU/CSU) 30 faiz səslə birinci, sağçı Alternativ partiyası isə ikinci yeri tutub. Almaniya (AfD) partiyası 15,9 faiz səs toplayıb. Kansler Olaf Şoltsun SDP-si tarixində ən pis nəticə göstərərək üçüncü yeri tutub - 13,9 faiz.

“SDP-də seçilmiş partiya rəhbərliyi kimi məsuliyyət daşıyan hər kəs indi öz məsuliyyəti haqqında düşünməlidir: onlar bu fəlakətdə hansı rol oynayırlar?” – “Tagesspiegel” qəzeti yazıb.

P.ƏMİRCANOV
XQ

Dünya