Türkiyə Somali ordusunun təlimlərini davam etdirir

post-img

Somali-Türkiyə Əməliyyat Qrupu Komandanlığının ərazisində əsas hazırlığı başa vuran 13-cü Kartal (Qartal) batalyonunun şəxsi heyətinin andiçmə mərasimi keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yerləşdirilmiş məlumatında deyilir. Xəbəri “Anadolu” verib. 

Hesabatda qeyd olunur ki, baza hazırlığını başa vuran batalyonun şəxsi heyətinin növbəti təlimlər üçün Türkiyəyə göndərilməsi nəzərdə tutulur. .

 

P.ƏMİRCANOV

XQ

Dünya