Ankara ilə Pekin arasındakı münasibətlər regional və qlobal sülhə, firavanlığa və sabitliyə töhfə verəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Pekində çinli həmkarı Vanq Yi ilə birgə mətbuat konfransında deyib.
Məlumatı “Anadolu” verib.
Diplomat, həmçinin Pekinin türk-islam dünyası ölkələri ilə əlaqələrinin qurulmasında Çin Xalq Respublikasında əsasən uyğur türklərinin yaşadığı Kaşqar və Urumçi şəhərlərinin əhəmiyyətini vurğulayıb. “Kaşqar və Urumçi tarixi dostluğumuzun və qonşuluğumuzun simvolu olmaqla Çin ilə türk dünyası, eləcə də Çin və İslam dünyası arasında körpü rolunu oynayır”, - deyə türkiyəli nazir xüsusilə qeyd edib.
P.ƏMİRCANOV
XQ