Pekində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikası sədrinin müavini Han Zhenlə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında yer alan mesajda deyilir.
Məlumatı “Anadolu” verib.
Danışıqlar Pekində Böyük Xalq Zalında baş tutub.
Hakan Fidan çinli həmkarı Vanq Yinin dəvəti ilə Çinə gəlib.
P.ƏMİRCANOV
XQ