Polşada səfərbərliklə bağlı xəbərlərin kiber-hücum olduğu təsdiqlənib

post-img

Polşanın hakimiyyət orqanları hərbçilərin səfərbər edilərək Ukraynaya göndəriləcəyi ilə bağlı Polşa Dövlət İnformasiya Agentliyində (PAP) yayımlanan xəbərlərin kiber-hücum olduğunu rəsmən təsdiqləyiblər.

AZƏRTAC xəbər verir ki, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavrovski bu barədə “Gazeta Wyborczа” qəzetinə müsahibəsində deyib.

Ötən həftəsonu PAP agentliyinin saytında Polşanın Baş naziri Donald Tuskun iyulun 1-dən ölkədə qismən səfərbərlik elan edəcəyinə, həmçinin 200 min vətəndaşın hərbi xidmətə çağırılaraq Ukraynaya göndəriləcəyinə dair xəbərlər dərc edilmişdi. Sonradan həmin xəbərlər saytdan silinib və agentlik bu məlumatın ona aid olmadığını bildirib.

Dünya