ABŞ-də F-35 qəzaya uğrayıb

post-img

ABŞ-ın Nyu-Meksiko ştatında Albukurke Sanport beynəlxalq hava limanı yaxınlığında F-35 hərbi təyyarəsi qəzaya uğrayıb. Məlumatı “Anadolu” verib. 

Təyyarənin istehsalçısı olan “Lockheed Martin” şirkətinin sözçüsü bildirib ki, F-35 Texasdan Kaliforniyaya uzurmuş.

Qırıcı Albukerkenin cənub-şərq kvadrantında Kirtland Hərbi Hava Qüvvələri bazasında yanacaq doldurduqdan sonra qəzaya uğrayıb, - deyə şirkət sözçüsü bildirib.

Pilot xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumat hələlik açıqlanmayıb.

P.ƏMİRCANOV
XQ

Dünya