Avropa İttifaqı Ukrayna məsələsi üzrə sammitdən sonra Rusiyanın da iştirakı ilə daha bir görüşün keçirilməsini istəyir. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Xəbərə əsasən, haqqında bəhs olunan müzakirələrin Səudiyyə Ərəbistanında təşkili təklif olunur. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski İsveçdəki zirvə görüşündə Rusiya ilə sülhə dair təklif edəcəyi formula beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağı hədəfləyir.
Görüşdə iştiraka dəvət edilməyən Rusiya isə Xarici İşlər Nazirliyi səviyyəsində həmin toplantını “boşluğa aparan yol” adlandırıb.
XQ