Putin Bəhreyn kralı ilə görüşüb

post-img

Rusiya Prezidenti Vladimir Putin və Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə mayın 23-də Kremldə dar çərçivədə danışıqlara başlayıblar. Xəbəri “İzvestiya.ru” verib. 

Putin 2025-ci ildə dövlətlər arasında diplomatik münasibətlərin qurulmasından 35 il keçəcəyini deyib və Rusiya ilə Bəhreyn arasında sərmayə sahəsində qarşılıqlı fəaliyyət, mədəniyyət və təhsil sahəsində əməkdaşlığı qeyd edib.

“Bu illər ərzində dövlətlərimiz arasında əlaqələrin qurulması istiqamətində çox işlər görülüb. Xarici İşlər Nazirliyi vasitəsilə yaxşı təmaslarımız var və beynəlxalq gündəmdə olan bir çox məsələlərdə mövqelərimiz yaxındır”, - deyə dövlət başçısı vurğulayıb.

Öz növbəsində, Həməd bin İsa Əl Xəlifə bildirib ki, ərəb dövlətləri Rusiyanın regionun problemlərinin ədalətli həllində rolunu yüksək qiymətləndirirlər. O, həmçinin Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığın Bəhreyn üçün son dərəcə əhəmiyyətli olduğuna diqqət çəkib.

P.ƏMİRCANOV

XQ

Dünya