Gürcüstanın baş prokuroru İrakli Şotadze səhhətinin pisləşməsi ilə əlaqədar tutduğu vəzifədən istefa verib. Məlumatı “İnterfaks.ru” verib.
“Səhhətimin pisləşməsi ilə əlaqədar olaraq, həkimlərin tövsiyəsi ilə baş prokuror vəzifəsini tərk edirəm”, - o, sosial şəbəkələrdə yazıb.
Şotadze 5 il Baş Prokurorluğa rəhbərlik edib.
P.ƏMİRCANOV
XQ