İsveç Qotland adasındakı hərbi varlığını gücləndirir

post-img

İsveç silahlı qüvvələrinin ali baş komandanı  hesab edir ki, Rusiya Baltik dənizinə nəzarəti ələ keçirmək niyyətindədir və bu məqsədlə İsveçin Qotland adasını ələ keçirməyi planlaşdırır. Bununla əlaqədar olaraq, cənab Büdenin sözlərinə görə, İsveç Müdafiə Nazirliyi adayı yenidən “kütləvi şəkildə silahlandırır”.

"Əminəm ki, Putin hətta Gotlanda hər iki gözü ilə baxır. Putinin məqsədi Baltik dənizinə nəzarət etməkdir. Yəqin ki, Aland adalarına da baxır. Ruslar Baltik dənizinin giriş və çıxışlarında baş verənləri diqqətlə izləyirlər",-Mikael Büden RND-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Qotlanda nəzarət edən Baltik dənizinə də nəzarət edir”. Mümkün bir işğaldan qorunmaq üçün adada ordunun əsas və əlavə qüvvələri yerləşdirilir. Cənab Büden vurğulayıb ki, lazım gələrsə, adadan hücum əməliyyatı üçün istifadə oluna bilər.

Xatırladaq ki, 2024-cü ildə İsveç NATO-ya üzv olub. Mayın 11-də rusiyalı diplomat Sergey Belyaev bildirib ki, alyansa qoşulandan sonra Finlandiya və İsveçin hərəkətləri Rusiya üçün getdikcə daha çox təhlükə yaradır. O vurğulayıb ki, Moskva Finlandiya və İsveçin Şimali Atlantika Alyansına inteqrasiya prosesini diqqətlə izləyir. 

Mayın 21-də Rusiya Müdafiə Nazirliyi Finlandiya körfəzinin şərq hissəsində, eləcə də Baltiysk və Zelenoqradsk ərazilərində dövlət sərhədinin koordinatlarının yenilənməsini təklif edən hökumət fərmanı layihəsini dərc edib. Sənəddə bildirilir ki, 1985-ci ildə Finlandiya körfəzində müəyyən edilmiş sərhədlər “müasir coğrafi vəziyyətə” uyğun gəlmir. Mayın 22-də sərhədlərin dəyişdirilməsi ilə bağlı qanun layihəsi hüquqi aktların saytından çıxarılıb.

S.ELAY

XQ

 

 

Dünya