İnnovasiya və texnologiyalar sahəsində Rusiya-Çin əməkdaşlığı dərunləşir

post-img

Rusiya və Çin innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığı dərinləşdirməkdə qərarlıdır. Bunu Rusiya Prezidenti Vladimir Putin VIII Rusiya-Çin EKSPO və IV Rusiya-Çin Regionlararası Əməkdaşlıq Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

“Dünyanın növbəti texnoloji inqilab ərəfəsində olduğu bir vaxtda biz yüksək texnologiyalar və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlığı ardıcıl olaraq dərinləşdirməkdə, elmi və tədqiqat potensiallarımızı birləşdirməkdə qərarlıyıq. Bu, lider mövqeləri inamla tutmaq və sabahın qlobal iqtisadiyyatında Rusiya və Çinin rəqabət qabiliyyətini artırmaq üçün lazımdır”, - Putin bildirib.

O qeyd edib ki, “Rusiya öz ərazisində təkcə Çin biznesinin istehsalın lokallaşdırılması üzrə səylərini alqışlamır”, həm də “Çindən olan investorlara iqtisadi güzəştlər, yardım və dəstək, habelə unikal Rusiya texnoloji bazasına çıxış və yüksək ixtisaslı kadrlar təqdim etməyə hazırdır”.

Onun sözlərinə görə, artıq sənaye kooperasiyası sahəsində iri layihələr həyata keçirilir, Çin avtomobil istehsalçıları Rusiya bazarına fəal şəkildə daxil olur, geniş gövdəli, uzun məsafəli təyyarənin və ağır mülki vertolyotun yaradılması proqramı təbliğ edilir.

P.ƏMİRCANOV
XQ

Dünya