Ermənistanda etiraz aksiyasında 134 nəfər saxlanılıb

post-img

Bu gün səhər Ermənistan polisi İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb. Ermənistan Daxili İşlər Nazirliyindən “İnterfaks”a verilən məlumata görə, artıq 134 nəfər saxlanılıb.

Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Ermənistanın Tavuş vilayətindən yürüşə başlayıb və mayın 9-dan etibarən İrəvanda Ermənistan hakimiyyətinin sərhədlərin delimitasiyası məsələsi ilə bağlı siyasətinə qarşı etiraz aksiyaları elan edib. 

Arxiyepiskop Paşinyanın istefasını tələb edib.

P.ƏMİRCANOV
XQ

Dünya