Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi xarici agentlər haqqında qanun layihəsinin yekun, üçüncü oxunuşda qəbul edilməsini dəstəkləyib. Bu barədə mayın 13-də “İmedi” telekanalı məlumat yayıb.
Komitənin rəhbəri Anri Oxanaşvili məruzəçi qismində çıxış edib. Üçüncü oxunuşda sənədə yalnız redaksiya xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulur.
İndi layihə üçüncü oxunuşda plenar iclasda baxılmaq üçün göndəriləcək. Oxanaşvilinin sözlərinə görə, bu, çərşənbə axşamı, mayın 14-də baş tutacaq.
Eyni zamanda, parlament binası yaxınlığında xarici agentlər haqqında qanunun qəbuluna etiraz aksiyası davam edir. “İmedi” xəbər verir ki, orada Moldova vətəndaşı saxlanılıb.
P.ƏMİRCANOV
XQ