Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sabah Özbəkistana rəsmi səfər edəcək. Məlumatı “Anadolu” verib.
Yılmazın Özbəkistanın baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov və Özbəkistan Respublikası Ali Məclisi (parlamenti) Senatının sədri Tənzilə Narbayeva ilə ayrıca danışıqlar aparması planlaşdırılır.
Türkiyənin vitse-prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də görüşəcək. O, Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə də görüş keçirəcək.
Mayın 2-də Yılmaz III Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimində iştirak edəcək.
P.ƏMİRCANOV
XQ