İkinci Dünya Müharibəsindən qalma bomba səbəbiylə Polşada 2 minə yaxın insan təxliyə edilib

post-img

İkinci Dünya Müharibəsindən qalma partlamamış mərmi daşımaq üçün Polşanın Pomeraniya Voyevodalığında bir neçə yaşayış məntəqəsi boşaldılır. "Zawsze Pomorze" qəzetinin məlumatına görə, bu, təxminən 2 min nəfərə təsir edəcək.

Aprelin 29-u səhər saatlarında başlayacaq təxliyə zamanı bir sıra küçələr bağlanacaq. Hərbi mütəxəssislərin təxminən iki saat işləyəcəyi gözlənilir, bundan sonra sakinlər öz evlərinə qayıda biləcəklər. Yerli hakimiyyət orqanları evakuasiya zamanı evdə qalacaq şəxslərin müvafiq ərizə təqdim etmələrinin tələb olunacağını bildirib. Sakinlər üçün bir neçə yaşayış mərkəzləri yaradılıb.

Aprelin 25-də Pomeraniya Voyevodalığının Kazimierz kəndində yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlamamış mərmi tapılıb.

S.ELAY

XQ

Dünya