Ərdoğan və Ştaynmayerin görüşü başlayıb

post-img

Türkiyənin paytaxtı Ankarada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi keçirilir. Məlumatı “Anadolu” verib. 

Prezident Ərdoğan hörmətli qonağı Ankaradakı Prezident sarayının girişində qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Ştaynmayer fəxri qarovul dəstəsinin qarşısından keçib. 

Kompleksdə tarix boyu mövcud olmuş türk dövlətlərinin sayına görə 16 bayraq asılmışdır. Prezidentlər hər iki ölkənin dövlət bayraqları fonunda xatirə şəkli çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının ikitərəfli görüşü keçirilir.

P.ƏMİRCANOV
XQ

Dünya