Peskov: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilərsə, Müdafiə Nazirliyi tədbir görəcək

post-img

Müdafiə Nazirliyi Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında Rusiyanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək. Bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib. O, hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb.

Kremlin sözçüsü mətbuat deyib: “Əgər bu cür planlar həyata keçirilərsə, hərbçilər, əlbəttə ki, vəziyyəti təhlil edəcək və istənilən halda təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi, bütün lazımi cavab addımlarını atacaqlar”.

Aprelin 22-də Polşa prezidenti Anjey Duda bildirib ki, NATO müttəfiqləri qərar verərsə, Varşava öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır. Onun sözlərinə görə, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi bir müddətdir ki, Birləşmiş Ştatlarla "danışıqların mövzusu olub".

S.ELAY

XQ

Dünya