Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bəyan edib.
XQ Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Vladimir Putinlə mütəmadi olaraq telefonla danışdığını qeyd edib. O, görüşün dəqiq tarixinin hələ məlum olmadığını, ancaq tezliklə baş tutacağını deyib.
Qeyd edək ki, bir qədər əvvəl RF prezidentinin mıətbuat katibi Dmitri Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın növbəti görüşünün tarixinin dəqiqləşdirildiyini və hansı məsələlərin müzakirə ediləcəyini açıqlamışdı.
XQ