Viktor Orban: Avropa İttifaqının rəhbərləri istefa verməlidirlər

post-img

Avropa İttifaqının (Aİ) rəhbərliyi təşkilatın bir sıra əsas vəzifələrinin öhdəsindən gələ bilmədiyi üçün istefa verməlidir. Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban keçirdiyi mətbuat konfransında deyib.

“İndi Avropa İttifaqının liderlərinin özlərinin seçdiyi davamlılıq siyasəti, miqrasiya siyasəti, sanksiyalar siyasəti və hərbi siyasəti kimi əsas layihələrin hamısı uğursuz olub. Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır”.

Bundan əlavə, onun sözlərinə görə, təşkilat iştirakçılara təsir etmək üsullarından biri kimi siyasi şantajdan geniş şəkildə istifadə edir. Orban xatırladıb ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Macarıstana Aİ fondlarından maliyyə yardımı ayırmaqdan imtina edib, çünki bu ölkənin “miqrasiya və anti-gender siyasəti” Brüsselin planlarına uyğun gəlmir.

 

P.ƏMİRCANOV

XQ

Dünya