ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson bildirib ki, aprelin 19-da Ukraynaya əlavə yardımın ayrılması və Rusiyaya məxsus aktivlərin müsadirəsi ilə bağlı səsvermə keçirilə bilər.
Conson jurnalistlərə deyib ki, Nümayəndələr Palatasının üzvləri ayrı-ayrılıqda İsrailə, Ukraynaya, Hind-Sakit okean regionuna yardım, eləcə də Kiyevin xeyrinə Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsinə səs verəcəklər.
Spiker vurğulayıb ki, qanun layihələrinin mətnləri aprelin 16-da səhər saatlarında gözlənilir. Bundan sonra konqresmenlərə düzəlişlər etmək üçün üç gün vaxt veriləcək. Nəticədə sənədlər üzrə səsvermə aprelin 19-da, cümə günündən başlaya bilər.
S.ELAY
XQ