Fransa prezidenti Emmanuel Makron İranın İsrailə hücumundan sonra Tehrana təzyiqlərin artırılması lazım olduğunu açıqlayıb.
Makron BFMTV-də deyib: “İranı təcrid etmək və sanksiyaları gücləndirmək lazımdır”.
Onun sözlərinə görə, “Fransa münaqişənin gərginləşməsinin qarşısını almaq üçün işləmək niyyətindədir”. Fransa prezidenti qeyd edib ki, "eskalasiya ehtimalı hamımızı narahat edir". "Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik."
O, həmçinin əlavə edib ki, Fransa İordaniyanın tələbi ilə İranın raketlərini ələ keçirməyə kömək edib.
S.ELAY
XQ