Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı zamanı Azərbaycan lideri İlham Əliyev, İran Prezidenti İbrahim Rəisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud da daxil olmaqla bir çox liderlərlə danışıq aparıb. Məlumatı “Anadolu” verib.
Ərdoğan ikitərəfli münasibətlər, regional və qlobal məsələlərin müzakirə edildiyi danışıqların əsas məqamı Qəzza olub. O, Pakistan Prezidenti Asif Əli Zərdari ilə danışıqları zamanı ikitərəfli əlaqələri bütün sahələrdə gücləndirmək əzmində olduğunu bildirib və Pakistanda baş verən terror aktlarında həyatını itirənlərə rəhmət diləyib.
Prezident Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığında ikitərəfli əlaqələri müzakirə edib və Fələstinə dəstək səylərinin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə lideri Türkmənistanın ümummilli lideri, Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun və digər dövlət başçıları ilə də danışıqlar aparıb.
P.ƏMİRCANOV
XQ