Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkədə daşqın zonasından 3 mindən çox insan xilas edilib, 108 mindən çox insan təxliyə olunub. Onun sözlərinə görə, 5411 fərdi yaşayış binası və 1607 həyətyanı sahə su altında qalır.
Departamentdən bildirilib ki, 12 minə yaxın insan öz evlərinə qayıdıb. Fövqəladə xilasetmə əməliyyatlarında 33 min nəfər iştirak edir. Zərər çəkmiş rayonlara 1400 ton humanitar yardım çatdırılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, daşqınlar respublikada son 80 ildə ən böyük fəlakətdir. On rayonda fövqəladə vəziyyət elan edilib.
S.ELAY
XQ