Orenburq yaxınlığında Ural çayında suyun səviyyəsi bir gündə 16 sm artıb. Bu barədə şəhər administrasiyası "Telegram" kanalında hidrometeorologiya mərkəzinə istinadən məlumat yayıb.
“Orenburq hidrometeorologiya mərkəzinin məlumatına görə, aprelin 8-də səhər saat 8-də Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi 872 sm-ə çatıb”, - məlumatda deyilir.
Aprelin 7-də səhər saatlarında 856 sm olub.
Həmçinin bildirilir ki, Tatar Karqalı yaxınlığındakı Sakmara çayında suyun səviyyəsi sutka ərzində 30 sm artaraq 783 sm-ə çatıb (870 sm işarəsi təhlükəli sayılır).
Administrasiya əlavə edib ki, Orenburqun Krasnoxolm kəndi yaxınlığındakı Çernaya çayında suyun səviyyəsi aktiv şəkildə azalır.
Aprelin 5-də axşam saatlarında Orenburq vilayətinin Orsk şəhərində bir anda iki yerdən bənd dağılıb. Yerli sakinlərin dediyinə görə, bir neçə gündür ki, sızıntı olub. Onlar təcili olaraq bəndi möhürləməyə çalışırlar və insanlar şəhərdən çıxarılır. Artıq bir neçə min bina və təsərrüfat su altında qalıb.
Regionda federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.
S.ELAY
XQ