Rusiyanın Orsk şəhərini su basıb

post-img

Aprelin 5-də axşam saatlarında Orenburq vilayətinin Orsk şəhərində hidrotexniki qurğunun bəndi dağılıb.  Xilasedicilər dərhal insanları təxliyə etməyə başlayıblar. Özü gedən bilməyənlər üçün avtobuslar təşkil olunur. Aprelin 6-da səhər saatlarında Orenburq vilayətinin hökuməti suyun 2,4 mindən çox yaşayış binasına və 3065 bitişik əraziyə çatdığını, zərərçəkənlərin 711 nəfər, o cümlədən 210 uşaq olduğunu bildirib. 

Məlumatı “İzvestiya.ru” verib. 

Şəhər rəhbərliyi Lesotorqovı, Nikel, Stroiteley, Raboçiy kəndlərinin, eləcə də Borisoqlebski küçəsi sakinlərini təcili təxliyəyə çağırıb: “Evakuasiya avtobusları Nikelşçikov prospekti, [ev] 67, Metallurqov Mədəniyyət Sarayının yaxınlığında, Nejenski zolağında, Stroiteley və Dokuçayev küçələri ərazisində yerləşir”.

Rəhbərlik xatırladıb ki, 13, 11, 52 və 15 saylı məktəblərdə müvəqqəti yerləşdirmə mərkəzləri (TMM) yerləşir. Taksi xidməti insanların ora çatdırılmasına kömək edir. Vahid növbətçi-dispetçer xidmətinə zəng edərək evakuasiya sorğusu göndərə bilərsiniz”, - deyə onlar əlavə ediblər.

 

P.ƏMİRCANOV

XQ

Dünya