Belarus Rusiya, Ukrayna, Litva və Polşa sərhədlərində hərbi təlim keçirir

post-img

Belarus Silahlı Qüvvələri Rusiya və Ukrayna, eləcə də Litva və Polşa ilə həmsərhəd bölgələrdə üç günlük hərbi təlimlərə başlayıb.

XQ Rusiya KİV-ə istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin “Telegram” hesabında verilən açıqlamada Rusiya ilə Ukrayna sərhədində yerləşən Qomel şəhərində, Litva və Polşa sərhədindəki Qrodno şəhərində 3 gün ərzində hərbi təlimlərin keçiriləcəyi bildirilib.

Sərhədyanı rayonlarda keçirilən təlimin məqsədi bu bölgələri hücum ehtimalına qarşı müdafiə etmək və hərbi vəziyyət tədbirlərinin həyata keçirilməsinə hazırlıqdır.

Qeyd edək ki, 24 fevral 2022-ci il tarixindən etibarən davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq ictimaiyyətin qınaq və sanksiyalarına məruz qalan Belarus rəsmi Moskvaya diplomatik dəstək verməsi və hərbi əməkdaşlığı davam etdirməsinə görə ABŞ və Avropa ölkələrinin tənqid hədəfidir.

Anar ƏLİ
XQ

Dünya