Reuters: Ağ Ev Kiyevə yardımı təsdiqləmək üçün LNG ixracına qoyulan qadağanı ləğv edə bilər

post-img

ABŞ hökuməti ixracın dayandırılmasından imtina etmək barədə düşünməyə hazırdır

Reuters mənbələrə istinadən xəbər verir ki, ABŞ hökuməti Ukraynaya yardımın maliyyələşdirilməsinin təsdiqi müqabilində mayeləşdirilmiş təbii qazın (LNG) ixracının dayandırılmasından imtina etməyi nəzərdən keçirməyə hazırdır. Agentliyin məlumatına görə, hazırda Ağ Ev LNG ilə bağlı qərarın ləğvi ilə bağlı qərar qəbul etmək üçün Ukrayna tərəfinə yardımın tədarükü ilə bağlı yekun təklifləri gözləyir.

Yanvarın 26-da prezident Co Bayden, ABŞ-ın iqlim dəyişikliyi səbəbindən yeni LNG ixrac müqavilələrinin təsdiqini dayandıracağını söyləmişdi. Ağ Evin iqlim məsələləri üzrə milli müşaviri Əli Zaidi bildirib ki, bu qərara baxmayaraq, ABŞ Avropaya LNG tədarükü məsələsində etibarlı tərəfdaş olaraq qalacaq.

ABŞ Konqresi 2023-cü ilin payızından başlayaraq Ukraynaya əlavə yardımın ayrılmasını müzakirə edir. 2024-cü ilin yanvarında Amerika silahlarının tədarükü dayandırılıb. Fevral ayında ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardım ayrılması təşəbbüsünü təsdiqləyib. Nümayəndələr Palatası hələlik bu məsələ ilə bağlı səsvermə keçirməyib.

S.ELAY

XQ

Dünya