“Xanım sincab ilə”

post-img

“Xanım sincab ilə” məşhur rəssam Le­onardo da Vinçinin “Mona Liza”, “Cinevra de Bençinin portreti” və “Gözəl Ferronyera” ilə yanaşı, dörd qadın portretindən biridir.

Bir çoxları hesab edir ki, tabloda əks olu­nan obraz Milan hersoqu Lüdoviko Sforsun sevdiyi qadın Sisilya Qalleranidir. Sonralar belə bir ehtimal da meydana çıxdı ki, həmin qadın rəssamın başqa bir portretində - “Gözəl Ferronyera” əsərində də təsvir edilib. Tablo­nun çox sevilməsinin səbəbi kimi, sincabın təsviri göstərilir. Ağ yumşaq xəz dərisinə görə sincab təmizlik rəmzi hesab edilirdi. Digər tərəfdən, sincabın Lüdoviko Sforsla da əlaqəsi ola bilər. 1488-ci ildən Neopoli­tan I Ferdinandı Sincab Ordeninin üzvü idi və sincab təsvirini şəxsi embleminə də daxil etmişdir.

Tablonun işlənmə texnikasına gəldikdə isə, deyə bilərik ki, rəsm yağlı və əsasən isti boyalarla çəkilib. Qadının əynindəki qırmızı və yaşıl çalarlı, zövqlə işlənmiş geyimini isə yalnız qara muncuqlardan ibarət olan zərif bo­yunbağı tamamlaya bilərdi. Rəssam da bunu məharətlə öz əsərində təsvir edib. Tablo hazır­da Polşadakı Çartorıyski muzeyində qorunub saxlanılır.

Leyla HADİ,
tələbə-jurnalist

Dünya