ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədrinin sözlərinə görə, Kiyevə yardım məsələsi gündəmdə birinci olacaq.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson vəd verib ki, Konqres Pasxa tətilindən qayıtdıqdan sonra Ukraynaya maliyyə yardımı məsələsini səsverməyə çıxaracaq. CBS News xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner bildirib.
Onun sözlərinə görə, işə qayıtdıqdan sonra Kiyevə yardım məsələsi gündəmdə birinci olacaq.
"Federal hökuməti maliyyələşdirən bütün qanun layihələrini qəbul etdikdən sonra inanıram ki, Konqresdə böyük dəstək olacaq və biz qanun layihəsini prezidentin masasına qoyacağıq",- Törner əlavə edib.
Nümayəndələr Palatası aprelin 9-da Pasxa tətilindən qayıtmalıdır.
Ötən gün Ukrayna prezidenti Vladimir Zelenski spiker Consonla danışıb. Dövlət başçısının sözlərinə görə, belə bir şəraitdə Konqresin Ukraynaya yardımı tez bir zamanda qəbul etməsi çox vacibdir.
Bundan əvvəl xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri olsaydı, “biz təkcə xalqımızın həyatını deyil, həm də iqtisadiyyatımızı məhv olmaqdan qoruya bilərdik”.
S.ELAY
XQ