İbrahim Kalın ABŞ konqresmenləri ilə görüşəcək

post-img

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşəcək.

Tərəflər Türkiyə-Amerika münasibətlərinin vəziyyətini, həmçinin Ukrayna və Qəzza zolağındakı münaqişələr ətrafında vəziyyəti müzakirə edəcəklər.

Bundan əlavə, PKK və İŞİD terror təşkilatları ilə mübarizə ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tərəflər, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-na planlaşdırılan ABŞ səfərinə hazırlıq məsələlərini də nəzərdən keçirəcəklər.

 

P.ƏMİRCANOV

XQ

Dünya