Səfir: Azərbaycanla Belarus arasında münasibətlər strateji xarakter alıb

post-img

Son illər Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlər strateji xarakter alıb. Diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində prezidentlərimizin 10 qarşılıqlı səfəri həyata keçirilib. Bizim qanunvericilik bazamıza müxtəlif sahələr üzrə 130 saziş daxildir. Bu yaxınlarda Belarus və Azərbaycan arasında 2025-2026-cı illər üçün əməkdaşlıqla bağlı yol xəritəsi imzalanıb.

Bu fikirləri Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Azərbaycan jurnalistlərilə görüşündə deyib.

Səfir bildirib ki, hazırda Bakı ilə Minsk arasında ticarət-iqtisadi əlaqələr dinamik inkişaf edir. Belarus Azərbaycanla dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirir. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət