ABŞ hərbi kontingentinin Nigerdən çıxarılması planını təqdim edəcək

post-img

Niger Daxili İşlər Nazirliyinin başçısı Məhəmməd Tumba bildirib ki, ABŞ özünün hərbi kontingentinin bu ölkədən çıxarılması planlarını tezliklə Niger hakimiyyətinə təqdim edəcək. Qərb mediasının məlumatına görə, nazir bunu ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitsqibbonla görüşdən sonra bəyan edib. Xəbəri “İnterfaks.ru” yayıb. 

Niger Daxili İşlər Nazirliyinin məlumatına görə, səfir nazirə bildirib ki, Vaşinqton yeni hakimiyyətin ABŞ-la hərbi sazişi ləğv etmək qərarını diqqətə alıb və yaxın vaxtlarda öz hərbi qüvvələrinin ölkədən çıxarılması ilə bağlı təkliflərini verəcək. 

Qeyd edək ki, bu il martın ortalarında Nigerin yeni hakimiyyəti Vaşinqtonun Niameylə 2012-ci ildə bağladığı hərbi əməkdaşlıq müqaviləsini etibarsız hesab etdiyini bildirib. Hazırda Nigerdə ​​minə yaxın ABŞ hərbçisi var. Onlar əsasən ölkənin mərkəzindəki dron bazasına nəzarət edirlər. 

 

P.ƏMİRCANOV

XQ

Dünya