ABŞ husilərə məxsus 6 pilotsuz təyyarəni məhv edib

post-img

Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib. TASS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ qüvvələri Qırmızı dənizin cənubunda husilərin altı pilotsuz təyyarəsinə hücum edib. Onlardan 5-i Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan əraziyə düşüb”, - komandanlığın X (keçmiş Twitter) səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Husilərin beş gəmi əleyhinə ballistik raket atdığı qeyd edilir.

S.ELAY

XQ

Dünya