Moskvada terror aktı nəticəsində xəsarət alanların sayı 152-ə çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə qərargahının yenilənmiş məlumatında bildirilib.
Yeni məlumatlarına əsasən terror aktı nəticəsində 133 nəfər həlak olub. Həlak olanlardan 3-ü uşaqdır. Tibb müəssisələrində 114 nəfər, o cümlədən 4 uşaq müalicə alır.
XQ