ABŞ Baltikyanı ölkələrə 228 milyon dollar məbləğində hərbi yardım ayırıb

post-img

ABŞ Konqresi Baltik Təhlükəsizliyi Təşəbbüsü çərçivəsində bu il Estoniya, Latviya və Litvaya 228 milyon dollar məbləğində hərbi və müdafiə yardımı ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu barədə "Reuter" Estoniya müdafiə rəsmilərinə istinadən xəbər verir.

NATO üzvü və Rusiyanın qonşuları olan üç Baltikyanı ölkəyə hərbi yardımı ehtiva edən ABŞ hökumətinin maliyyələşdirmə qanun layihəsi cümə günü qanunvericilər tərəfindən təsdiqlənib.

2020-ci ildə yaradılmış Baltik Təhlükəsizliyi Təşəbbüsü və ya BSI, ABŞ Müdafiə Nazirliyinin Estoniya, Latviya və Litvanın silahlı qüvvələrinin hərbi imkanlarının və qarşılıqlı fəaliyyətinin inkişafına dəstək verdiyi layihədir.

ABŞ-ın maliyyələşdirməsi Baltikyanı ölkələrdə hava hücumundan müdafiə, dəniz vəziyyəti ilə bağlı məlumatlandırma və quru qüvvələrinin inkişafına yönəlib. 

Dekabr ayında Birləşmiş Ştatlar və Baltikyanı ölkələr 2028-ci ilə qədər ölkələr arasında birgə müdafiə və milli təhlükəsizlik əlaqələrini istiqamətləndirmək üçün beşillik müdafiə sahəsində əməkdaşlıq yol xəritəsi haqqında razılığa gəliblər.

S.ELAY

XQ

Dünya