Qərb ölkələrindən Kiyevə yardım “silah tədarükündən kənara çıxa bilər”. Fransanın Baş Qərargah rəisi general Tyeri Burkhard İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Mikael Bayden ilə danışıb. Bu barədə AFP xəbər verir.
“Qərbin Kiyevə yardımı, sadəcə, silah təchizatından kənara çıxa bilər”, - Burkhard deyib.
Onun sözlərinə görə, Ukrayna öz ərazisinə Qərb qoşunlarının göndərilməsini xahiş etməyib. O hesab edir ki, NATO hadisələrin istənilən inkişafına hazırlaşmalıdır, çünki Rusiya Moskva ilə birbaşa münaqişəyə Qərb ölkələrinin birbaşa müdaxiləsi ehtimalına inanmır. Onun fikrincə, Qərb Rusiyaya göstərməlidir ki, bu məntiqdən istifadə etməyə davam edə bilməz.
Makron bir gün əvvəl Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini bildirərək, mövcud vəziyyətin belə bir qərara ehtiyacı olmadığını qeyd edib. O, həmçinin Rusiyanı rəqib adlandıraraq Fransanın Rusiya Federasiyası ilə müharibə aparmadığını, lakin Moskvadan eskalasiya olacağı təqdirdə cavab verməyə hazır olacağını vurğulayıb.
Burkhard Makronun sözlərini onunla izah edib ki, Fransa prezidenti öz sözləri ilə “Ukraynada təhlükənin nə olduğunu bildiyini” nümayiş etdirməyə çalışır.
S.ELAY
XQ