Sloveniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib. STA agentliyi xəbər verir ki, Xarici İşlər Nazirliyi qərarını diplomatın “diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətlər” göstərməsi ilə izah edib.
Agentlik Sloveniya Xarici İşlər Nazirliyinin hansı fəaliyyət növlərini nəzərdə tutduğunu dəqiqləşdirməyib. Rusiyalı diplomat martın 28-dək Sloveniyanı tərk etməli olacaq. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Sloveniya hökumətinin hərəkətlərinə cavab verəcəyini vəd edib, Rusiya tərəfinin cavabının dəqiq nə olacağını açıqlamayıb.
Martın 19-da Estoniya hökuməti rusiyalı diplomatın ölkədən çıxarılmasını elan edib. Estoniya Xarici İşlər Nazirliyi hesab edir ki, Rusiya xüsusi xidmət orqanları ölkənin dövlət təhlükəsizliyini pozmaq məqsədi ilə əməliyyatlar həyata keçirir. Həmin gün Moldova hakimiyyəti də eyni qərarı açıqlayıb. Dnestryanıda Rusiya prezident seçkilərində səsvermə keçirildiyi üçün Rusiya səfirinə etiraz edilib və diplomatlardan biri respublikadan qovulub. Martın 13-də Avstriya hökuməti iki rus diplomatının persona non-qrata kimi tanındığını elan edib.
S.ELAY
XQ