Bu gün Fransada Makron əleyhinə kütləvi aksiya keçiriləcək

post-img

Fransızlar prezident Emmanuel Makronun aqressiv anti-Rusiya mövqeyi ilə razılaşmadıqlarını bildirmək üçün kütləvi mitinq təşkil etməlidirlər. Bu barədə martın 15-də Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

O, əhalini aksiyada iştirak etməyə və Makronun siyasəti ilə bağlı mövqeyini bildirməyə çağırıb.

Filippo X sosial şəbəkəsində yazıb: “Makronun dünən gecə etdiyi aldadıcı şərhlərdən sonra bizim yerimiz bu milli yürüşdədir”.

Filippo təklif edib ki, fransızlar Kiyevə maliyyə dəstəyi verən parlament üzvlərindən Ukraynadakı səngərlərə şəxsən getməyi xahiş etsinlər. O, həm də Fransa ordusunu prezident Makronun dəstəklədiyi fəaliyyətlərdən geri çəkilməyə çağırmaq niyyətində olduğunu açıqlayıb. 

Filippo martın 16-da saat 14:00-da (Moskva vaxtı ilə 16:00) Parisdəki Palais Royal-da etiraz aksiyası keçirməyi planlaşdırdığını açıqlayıb və hər kəsi öz narazılıqlarını bildirməyə çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya