Amerikanın “Newsweek” nəşri Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən yazır ki, Londonun hazırladığı “DragonFire” uzaqmənzilli lazer silahı hələ istifadəyə verilməyib. Ona görə də Böyük Britaniya hakimiyyəti hələ ki, ondan Ukraynada istifadə etməyi planlaşdırmır.
Eyni zamanda, Radanın deputatı Aleksey Qonçarenko Newsweek-ə bildirib ki, Ukrayna "DragonFire"ı sınaqdan keçirməyə hazırdır. Bununla belə, "Newsweek"in mənbələrə istinadən verdiyi məlumata görə, silah sistemi hələ də tədqiqat və inkişaf mərhələsindədir.
Yanvarın 19-da Böyük Britaniya məxfi DragonFire uzun mənzilli lazer silahını sınaqdan keçirmişdi. Lazer silahının maketini əks etdirən video martın 12-də yayımlanmışdı. Videoda hərbi gəmiyə quraşdırılan lazer qayığı sıradan çıxarmış, bir PUA-nı kor etmiş, digərini isə vurmuşdu.
Mütəxəssislərin fikrincə, lazer silahları hava hücumundan müdafiə üçün nəzərdə tutulub və xüsusilə dronların vurulmasında effektlidir. Lazer sayəsində zenit raketlərindən istifadə azalır. 10 saniyə ərzində lazer məişət elektrik qızdırıcısının 1 saat ərzində sərf etdiyi enerji qədər enerji yandırır. Bir atışın qiyməti təxminən 13 dollardır.
S.ELAY
XQ