“Ukrayna indi müharibəni bitirə bilməz”

post-img

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə alyansın 32-ci üzvü olan İsveçin bayrağının qaldırılması mərasimi başlamazdan əvvəl deyib. Məlumatı UNİAN agentliyi yayıb. 

O bildirib ki, təslim olmaq sülh demək deyil: “Biz Ukraynanı gücləndirməkdə davam etməliyik. Elə etməliyik ki, Rusiya döyüş meydanında istəyinə nail olmaya­cağını anlasın. Biz danışıqlar masasında Ukraynanın ərazi bütövlüyünün tanındığı həll yolunu axtarmalıyıq”.

Y.Stoltenberq söyləyib ki, savaşı Ru­siya başladıb və ancaq Rusiya bitirə bilər: “Rəsmi Moskva 2 il əvvəl müharibəyə başlayanda öz sərhədlərində NATO-nun təsirinin daha az olmasını istəyirdi və Uk­raynanı məhv etməyə çalışırdı. Amma bunun əksi oldu. İndi Ukrayna NATO üzv­lüyünə əvvəlkindən daha yaxındır”.

Qeyd edək ki, ABŞ Dövlət Depar­tamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub. Ukrayna Prezi­dent Ofisinin müşaviri Mixaylo Podolyak isə söyləyib ki, cəbhədə vəziyyət ciddi şəkildə dəyişib, Rusiyanın itkiləri artıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna ara­sında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

XQ

Dünya