NASAMS-nin Ukraynaya çatdırılması niyə gecikir?

post-img

Kanadanın müdafiə naziri Bill Bleyr Norveçin NASAMS zenit-raket kompleksinin (SAM) Ukraynaya tədarükü ilə bağlı problemləri izah edib. O bildirib ki, müqavilənin tamamlanmasını maliyyələşdirmə ilə bağlı problemlərlə üzləşən ABŞ təmin edib. Nazir bu prosesi sürətləndirəcəyinə söz verib.

“Amerikalılar Norveçin Kongsberg Defence and Aerospace istehsalçısı ilə müqavilələri tamamlamaq üçün maliyyə ayırmalıdırlar... Biz prosesi sürətləndir­məyə çalışdıq. Təəssüf ki, amerikalılar öz maliyyələşdirmələri ilə bağlı bəzi problemlərlə üzləşdilər”, – Bill Bleyr Ed­monton şəhərinə səfəri zamanı deyib.

Bill Bleyrə görə, ABŞ ilə ortaq müqavilə olmasaydı, NASAMS-ı nor­mal satınalma prosesi ilə əldə etmək illər çəkərdi. “Əlbəttə, ABŞ səfiri öz hökuməti adından bizi müdafiə etdi və mən müdafiə nazirinin ofisi ilə danış­dım. Onlar başa düşürlər ki, bu, bizim üçün çox aktualdır”. "Ukrayna bildirib ki, bizdən bu NASAMS raketlərini mümkün qədər tez çatdırmağımızı istəyir və biz mümkün olan hər şeyi edirik", - nazir əlavə edib.

Kanadanın vəd etdiyi NASAMS kompleksi Ukrayna hərbçiləri tərəfindən 406 milyon dollar dəyərində qiymətlən­dirilib. Kanadanın keçmiş müdafiə nazi­ri Anita Anand ötən ilin yanvarında bil­dirmişdi ki, kompleksin təhvil verilməsi “mümkün qədər tez” həyata keçiriləcək və bu proses “illər” çəkməməlidir.

S.MƏMMƏDOV
XQ

Dünya