Moldova baş nazirinin müavini və xarici işlər naziri Mixay Popsoy Türkiyə ilə Moldova arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Məlumatı “Anadolu” verib.
O deyib: “Biz Türkiyənin bölgədəki rolunun daha qabarıq olmasını istəyirik. Biz Türkiyəni, onun baxışını və regionda sabitliyi və əlaqəni gücləndirən qlobal oyunçu kimi rolunu yüksək qiymətləndiririk. Ankara ilə gələcək əməkdaşlığa ümid edirik”.
Popsoy Antalya Diplomatik Forumu – 2024 (ADF-2024) zamanı Anadolu Agentliyinin (AA) müxbirinə müsahibə verib.
Çətin dövrlərdə bölgənin və dünyanın ADF kimi platformalara ehtiyacı olduğunu ifadə edən nazir deyib: “Bu, müzakirə məqsədilə bir çox ölkədən liderləri və nazirləri cəlb etmək, həll yollarını tapmaq, xalqlara və bölgələrə fayda verəcək həlləri həyata keçirmək üçün bir araya gətirir”.
Popşoy qeyd edib ki, ölkəsi ilə Türkiyə arasında siyasi, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində münasibətlər inkişafdadır və bu, çox vacibdir”.
P.ƏMİRCANOV
XQ