Rusiya və Çin Ayda atom elektrik stansiyası quraşdırmağı planlaşdırır

post-img

Rusiya və Çin 2033-2035-ci illərdə Aya atom elektrik stansiyasının çatdırılması və quraşdırılması imkanlarını nəzərdən keçirir. Bu barədə Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Yuri Borisov Krasnodar diyarının Sirius qəsəbəsində Ümumdünya Gənclər Festivalı zamanı bildirib. Məlumatı “Anadolu” verib.

"Bu gün biz çinli həmkarlarımızla birlikdə 2033-2035-ci illərin qovşağında Ay səthində elektrik stansiyasının çatdırılması və quraşdırılması layihəsini ciddi şəkildə nəzərdən keçiririk", - Borisov deyib.

“Roskosmos” rəhbəri qeyd edib ki, bu missiyanın robotlardan istifadə etməklə avtomatik həyata keçirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bunun üçün lazım olan texnoloji həllər, demək olar ki, hazırdır.

Borisov Rusiyanın “Luna- 27” missiyasının təfərrüatlarını da açıqlayıb: “Luna-27”, ehtimal ki, şimal və cənub qütblərinə qoşa missiya olacaq”.

Daha əvvəl elan edilmiş planlara görə, “Luna-27”-nin uçuşu 2028-ci ildə baş tutmalıdır.

P.ƏMİRCANOV

XQ

 

Dünya