RF Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvan aeroportundan Rusiya sərhədçilərinin çıxarılmasının zəruriliyi barədə təklifini dost addımı hesab etmir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə deyib.
“Düzdür, parlament spikerinin onun tərəfindən qaldırılan mövzuya hansı dərəcədə cavabdeh olması tam aydın deyil. Biz bununla bağlı Ermənistanın hakimiyyət orqanlarından heç bir müraciət almamışıq”, - deyə diplomat əlavə edib.
Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu yaxınlarda jurnalistlərə bəyan edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının təmsilçiləri İrəvandakı “Zvartnots” aeroportunu tərk etməlidirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva