Fidan Cənubi Afrika Respublikasının naziri ilə görüşüb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyanın Rio-de-Janeyro şəhərində G20 xarici işlər nazirlərinin toplantısında iştirakı çərçivəsində Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Diplomatik mənbələrdən alınan məlumata görə, görüşdə Fidan qeyd edib ki, Türkiyə CAR-ın İsrail əleyhinə Beynəlxalq Cinayət Məhkəməsinə müraciətini dəstəkləyir.

Bundan əlavə, nazirlər Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın bu il Türkiyəyə rəsmi səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Fidan və Pandor xüsusilə iqtisadiyyat, ticarət, təhsil və terrorizmlə mübarizə sahələrində ikitərəfli əlaqələri nəzərdən keçiriblər.

G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ikinci günündə türkiyəli nazir rusiyalı həmkarı Sergey Lavrov, həmçinin Fransa, Səudiyyə Ərəbistanı və Meksikanın xarici işlər nazirləri ilə görüşüb.

 

P.ƏMİRCANOV

XQ

Dünya