Husilər Ədən körfəzində Böyük Britaniyanın "Rubymar" gəmisinə raket zərbəsi endiriblər.
XQ xəbər verir ki, bu barədə husilərin "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Sariya "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, raket zərbəsi nəticəsində gəmi ciddi zədə alıb və Ədən körfəzində batmaq riski ilə üz-üzədir.
"Əməliyyat zamanı biz ekipajın gəmini sağ-salamat tərk etməsinin qeydinə qaldıq", - deyə husilərin nümayəndəsi bildirib, lakin gəminin ekipajının necə xilas olduğunu qeyd etməyib.
Qeyd edək ki, "Ənsar Allah" hərəkatı Qəzza zolağında hərbi əməliyyatı dayandırmayana qədər İsrailə hücumlar edəcəyini, eləcə də İsrailə məxsus və ya onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri buna cavab olaraq Yəmənə bir neçə dəfə zərbələr endirib.
Anar ƏLİ
XQ