Nikol Paşinyan: İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil

post-img

Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı dost xalqdır. 

TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.

N.Paşinyan xatırladıb ki, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi təkcə Ermənistana deyil, hamıya şamil edilir. Çünki bu bəyannamə keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən, Rusiya və Ukrayna tərəfindən bir-birinin sərhədlərini tanıyaraq imzalanıb. Eyni məntiq Ukrayna məsələsinə də aiddir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Dünya