Qırğızıstanda Əfqanıstanla bağlı çoxtərəfli görüş başlayır

post-img

Bu gün Bişkekdə Təhlükəsizlik Şurası katiblərinin Əfqanıstan məsələləri üzrə altıncı çoxtərəfli görüşü başlayıb. Məlumatı “İnterfaks.ru” verib.  

Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev başçılıq edir. İclasda Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistanın nümayəndələri iştirak edirlər.

Əvvəlki belə görüş 2023-cü ilin fevralında Moskvada baş tutub.

P.ƏMİRCANOV
XQ

Dünya